Bu gün Azərbaycan təmsilçisi "Abşeron Lions" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində cavab matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Kiprdə yerli "Anortosis" ilə qarşılaşacaq.
Bu cütün qalibi H qrupunda mübarizəni davam etdirərək "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bearz" (Danimarka) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa Kubokunun qrup mərhələsi oktyabrın 15-də start götürəcək.
Avropa Kuboku, təsnifat mərhələsi
20.00. "Anortosis" (Kipr) - "Abşeron Lions" (Azərbaycan)
İlk oyun - 73:89
Nihat