AZ

“Rusiya Ukraynanı fəth edə bilməyəcək” - Zelenski

“Heç bir imperiya Ukraynanı silə bilməyib və Rusiya da bunu bacarmayacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Ukraynanı fəth etmək üçün hər cəhd yalnız Ukraynanın yenidən doğulması ilə başa çatdı. Ukraynanı və ukraynalıları silmək cəhdləri düşmən imperiyalarının dağılması ilə başa çatdı", - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, ukraynalılar indi özlərini ən genişmiqyaslı, ən effektiv şəkildə müdafiə edirlər və əsas məqsəd gələcək nəsillər üçün azadlığı təmin etməkdir.

O bildirib ki, Ukrayna əldə etdiyi gücü və tərəfdaşların dəstəyini itirməyəcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr