AZ

Gəlir vergisinə güzəşt müddətinin uzadılmasını aktual hesab etmirəm - Deputat

2026-cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştlərin müddəti başa çatır. Hazırda bu müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, gəlir vergisinə tətbiq edilən güzəştlər 2019-cu ildən etibarən qüvvədədir. Mövcud qaydalara əsasən, hazırda yalnız 8 000 manatdan yüksək əməkhaqqı alan şəxslərin gəlirinə 14% vergi tətbiq olunur.

Əgər güzəştlər ləğv edilərsə, gəlir vergisi əvvəlki qaydada hesablanacaq, belə ki, əməkhaqqının 2 500 manatadək hissəsindən 14%, sözügedən məbləğdən yuxarı hissəsindən isə 25% vergi tutulacaq.

Hazırda güzəştlərin müddətinin uzadılmasına zərurət olub-olmadığı, Milli Məclisə bununla bağlı təklif daxil edilib-edilməyəcəyi müzakirə olunur.

BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, hələki güzəştlərin uzadılması ilə bağlı Milli Məclisə təklif daxil olmayıb:

"1 yanvar 2026-cı ildən qeyri-neft və dövlət büdcəsindən maliyyələşməyən sahələrdə çalışan və aylıq maaşı 8 min manatdan az olanlara 7 il müddətində gəlir vergisinə tərtbiq olunmuş güzəştlərin müddəti başa çatır. Bu güzəştlərin uzadılması ilə bağlı hələ ki, Milli Məclisə bir təklif daxil olmayıb. Güzəştlərin tətbiqi iş yerlərinin rəsmiləşdirlməsində şəffaflığın yaradılması və sahibkarlıq subyektlərinə dəstək məqsədi daşıyırdı".

A.Badamov vurğulayıb ki, indiki məqamda isə bu sahədə kifayət qədər şəffaflıq təmin olunub:

"Demək olar ki, əvvəllər gizlədilən iş yerləri artıq rəsmiləşib. Sahibkarlıq subyektıləri də bu güzəştlərdən müəyyən olunmuş dövrdə yararlana bilib. Həm də dövlət büdcəsinən maliyyələşən təşkilatlarda işləyənlərdən gəlir vergisi tutulduğu halda qeyri-neft sektoruna həmişəlik azadolmalar və güzəştlərin tətbiq olunması ədalətli olmaz. Bu baxmdan qeyri-neft sektorunda işləyənlərdən tutulmalı olan gəlir vergisinə tətbiq olunmuş güzəştlərin müddətinin yenidən uzadılmasını aktual hesab etmirəm".

Seçilən
3
4
far.az

5Mənbələr