AZ

Xəzərin sahilində AES tikiləcək

Qazaxıstan daha üç ədəd AES tikmək niyyətindədir. 

News365.az xəbər verir ki, bu barədə Atom Enerjisi Agentliyinin sədri Əlmasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, iki AES Almatı vilayətində, daha biri isə Qərbi Qazaxıstanda, Xəzər dənizinin sahilində tikilə bilər: "Atom Sənayesinin İnkişafı üzrə Dövlət Komissiyasının iclasında Atom Elektrik Stansiyasının tikintisi üçün ikinci sahə kimi Almatı vilayətinin Jambil rayonu müəyyən edilib.

Biz tenderin bütün iştirakçıları ilə danışıqlar aparırıq. Yekun qərar verilməyib. Amma biz həmişə demişik ki, çin şirkətinə üstünlük verəcəyik. Amma hələlik heç bir qərar verilməyib.

Qərbi Qazaxıstan, Xəzər sahili kiçik və orta gücə malik reaktorlara malik atom elektrik stansiyasının tikintisi üçün potensial yer kimi nəzərdən keçirilir. Lakin yer hələ dəqiq müəyyən edilməyib. Yaxın vaxtlarda araşdırma aparılacaq".

Seçilən
10
7
news365.az

9Mənbələr