AZ

Tramp qəzəblənib Rusiyaya göndərdik dedi, Medvedev onu ələ saldı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Təhlükəsizlik Şurasınınn sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın iki atom sualtı qayığını bu ölkənin sahillərinə göndərdiyinə dair açıqlamasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Medvedev Rusiya sahillərinə heç bir qayığın yaxınlaşmadığını vurğulayıb.

“Tramp Rusiya sahillərinə iki qayığın gəldiyini və onların çox yaxşı gizləndiyini deyir. Necə deyərlər, qaranlıq otaqda qara pişik tapmaq çətindir, hələ o pişik ümumiyyətlə yoxdursa”, – Medvedev qeyd edib.

Xatırladaq ki, Moskva rəsmisi bundan öncə də Ağ Ev rəhbərini “axmaq” adlandırıb.

Donald Tramp isə iki sualtı qayıq göndərmək tapşırığını və məhz Dmitri Medvedevin nüvə silahı ilə bağlı səsləndirdiyi fikirlər səbəbindən verdiyini söyləyib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr