AZ

Xalq artisti Ramiz Quliyevin SON DURUMU

"Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır".
 
Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib.
 
“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Hemodinamik göstəricilər stabildir. Diurez adekvatdır. İnfeksion göstəricilərdə müsbət dinamika qeyd olunur. Huşu yuxuya meyillidir. Xəstədə müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”, - o qeyd edib.
 
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fondu Xalq artistinin səhhətini nəzarətə götürüb.
 
Seçilən
8
14
moderator.az

10Mənbələr