AZ

Emin Əliyev “Zeyd” Döyüş Mərkəzinin prezidenti seçilib-FOTO

Sentyabrın 30-da “Arpaçay” İdman Birliyinin İdarə Heyətinin növbəti iclası baş tutub. İclası Birliyin prezidenti Əli Əsgərov açıq elan edərək, qonaqları salamlayıb.

Bu barədə Birliyin mətbuat xidmətindən  Tribunainfo.az a daxil olan məlumatda deyilir ki, sonra çıxış edən “Arpaçay” İdman Birliyinin Birinci vitse-prezidenti Yavər Hüseynov prezident Əli Əsgərovun rəhbərliyi altında bu təşkilatın 2025-ci ildə gördüyü işlərdən danışıb, gələcək planlarını açıqlayıb.

Tədbirdə “Arpaçay” İdman Birliyinin tərkibində fəaliyyət göstərən “Zeyd” Döyüş Mərkəzinin yeni prezidenti vəzifəsinə Emin Əliyev, Birinci vitse-prezidenti vəzifəsinə Tural İsayev, İkinci vitse- prezidenti vəzifəsinə İbrahim Məmmədov və müşaviri vəzifəsinə Rövşən Qənbərov da təyinat alıblar.

Emin Əliyev göstərilən etimada görə təşəkkürünü çatdırıb və görüləcək işlərdən ətraflı danışıb. Bildirib ki, bu ilin dekabr ayında “Zeyd” Döyüş Mərkəzinin MMA idman növü üzrə turniri keçiriləcək. Daha sonra “Budokan” Şərq Əlbəyaxa İdman Mərkəzinin direktor müavini Rafael Məmmədov və Birliyin Ağdaş rayon filalının rəhbəri Kamran Rəsulov da çıxış edərək, göstərilən diqqət üçün rəhbərliyə təşəkkürlərini çatdırıblar.

Tədbirdə iştirak edən Xəzər İsayev, Allahverdi Rüstəmov, Tofiq Musayev, Hacı Əliyev, Nicat Şıxəlizadə və digərləri də “Arpaçay” İdman Birliyinin gördüyü alqışalayiq işlərdən danışaraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Seçilən
1
4
tribunainfo.az

5Mənbələr