AZ

Raul Allahverdiyev “Rayo Valyekano” ilə müqavilə imzaladı - FOTO

Azərbaycanəsilli futbolçu Raul Allahverdiyev İspaniyada oynayacaq.

İdman.biz sportal.az-a istinadən xəbər verir ki, Qazaxıstanda dünyaya gələn və hazırda bu ölkənin U-19 yığmasında çıxış edən Allahverdiyev “Rayo Valyekano” ilə müqavilə imzalayıb.

O, bu klubun C komandasında oynayacaq. Orada özünü göstərəcəyi təqdirdə, əsas komandaya qədər yüksəlmək şansı olacaq.

İdman.biz

Seçilən
5
4
idman.biz

9Mənbələr