AZ

Yeni nazirlik yaradılır -

Azərbaycanda struktur islahatları çərçivəsində daha bir neçə nazirlik və komitə birləşdiriləcək.Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də adı var. Belə ki, iki qurumun birləşdirilərək Şəhərsalma, Ekologiya və Təbi Sərvətlər Nazirliyi yaradılacağı bildirilir.Yaxın vaxtlarda bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanacağı gözlənilir.

Qeyd olunur ki, struktur islahatları zamanı beynəlxalq təcrübə və effektiv idarəetmə amilləri əsas götürülür. Yeri gəlmişkən, qonşu Türkiyədə də ekologiya və şəhərsalma məsələləri ilə eyni qurum - Çevrə, Şəhərçilik və İqlim Dəyişikliyi Nazirliyi məşğul olur. Azərbaycanda da məhz Türkiyə modelinin tətbiq ediləcəyi vurğulanır. Bu model bir sıra Avropa ölkələrində, məsələn, Fransada (Ekologiya, Davamlı İnkişaf, Nəqliyyat və Mənzil Təsərrüfatı Nazirliyi) da tətbiq olunur. Yaxud İsveçrədə ekologiya, nəqliyyat, energetika və rabitə sahələri ilə vahid qurum - Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Nazirliyi məşğul olur.

Seçilən
3
17
metbuat.az

10Mənbələr