AZ

Gürcüstanda əcnəbilərlə bağlı sərt qaydalar qüvvəyə minib

Bu gündən Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərə qarşı sərt qaydalar qüvvəyə minib.

APA-nın yerli bürosu xəbəri verir ki, bu pozuntulara yol verən xarici ölkə vətəndaşı min laridən 3 min lariyədək cərimələnəcək və onun müəyyən müddətdə Gürcüstana girişi qadağan ediləcək.

Gürcüstanda qalma müddətinin üç ayadək pozulmasına görə cərimə min lari və altı ayadək ölkəyə giriş qadağası tətbiq olunacaq. Müddətin üç aydan bir ilədək pozulmasına görə cərimə 2 min lari, ölkəyə giriş qadağasının müddəti 2 il təşkil edəcək. Qalma qaydalarını bir ildən artıq müddətə pozan əcnəbilər isə 3 min lari məbləğində cərimələnəcəklər və onların üç il müddətinə ölkəyə girişi qadağan olunacaq.

Tranzit qaydalarının pozulmasına görə əcnəbilər 500 lari məbləğində cərimə ödəməli olacaqlar.

Yeni qaydalar qeyri-qanuni miqrasiyaya nəzarətin gücləndirilməsi və sığınacağın verilməsi prosedurlarından sui-istifadənin qarşısını almaq məqsədilə tətbiq olunub.

Qeyd edək ki, bu vaxta qədər qüvvədə olmuş qanun əcnəbinin ölkədən çıxarılmasını nəzərdə tutmurdu, cərimənin məbləği isə 180 laridən 360 lariyə qədər təşkil edirdi.

"Cebheinfo.az" 

Seçilən
6
6
cebheinfo.az

7Mənbələr