
Rumıniya Ukrayna ilə daxili, Avropa İttifaqı və NATO müttəfiqləri üçün müdafiə xarakterli pilotsuz uçan aparatların (müdafiəçilərin) birgə istehsalını tezliklə qurmağa ümid edir.
Reyting.az xəbər verir ki, bunu Rumıniyanın Xarici işlər naziri Oana Toiu bəyan edib.
Rumin nazir deyib ki, Ukrayna ilə danışıqlar hələ “naməlum” pilotsuz təyyarələrin hava məkanını pozmasından əvvəl başlayıb.
“Biz hesab edirik ki, şərq cinahın, xüsusən də hava hücumundan müdafiə sahəsində daha yaxşı mühafizə olunması strateji baxımdan vacibdir. Buna görə də, bu sahədə gördüyümüz iş, məsələn, Ukrayna ilə gələcək üçün müdafiə xarakterli pilotsuz təyyarələrin istehsalı vacibdir”, - Toiu qeyd edib.
Onun birgə istehsalla bağlı şərhləri Ukraynanın Rusiyaya qarşı döyüş meydanında istifadə etdiyi və təkmilləşdirdiyi silahlarına olan ixrac məhdudiyyətlərini yumşaltmağa razılaşdığı bir vaxta təsadüf edib. Avropa İttifaqı regionu qorumaq üçün “dron divarı” yaratmaq ideyasını dəstəkləyib.
Toiu həmçinin bildirib ki, Rumıniya Yaxın Şərqdə “yanacaqdoldurma əməliyyatlarını” dəstəkləmək üçün öz ərazisində ABŞ qoşunlarının mövcudluğunun artırılmasını təsdiqləyib, lakin o, konkret rəqəmlər verməkdən imtina edib.
Ukrayna ilə həmsərhəd olan Rumıniya artıq Amerika qoşunlarına ev sahibliyi edir və qarşıdakı illərdə Mihai Koqalniceanu Hərbi Hava Bazasına 2,5 milyard avrodan çox sərmayə qoymaq planlaşdırılır.
V. QULİYEV