AZ

Rusiya daha bir məşhur adamına hökm oxudu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskvanın Çeryomuşki Rayon Məhkəməsi yazıçı Dmitri Bıkovu Rusiya Silahlı Qüvvələri haqqında feyk məlumatların yayılması işi üzrə qiyabi olaraq ümumi rejimli koloniyada yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Oxu.Az xəbər verir ki, TASS agentliyinin müxbiri bu barədə məhkəmə zalından məlumat verib.
Məhkəmə Bıkovu təqsirli bilib və 4 il müddətinə sosial şəbəkələrdə öz səhifəsini aparmasına qadağa qoymaqla onu 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bıkov RF Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi (Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatın yayılması) və 330.1 maddəsinin 2-ci hissəsi (xarici agentlər barəsində nəzərdə tutulmuş öhdəliklərin icrasından yayınma) üzrə təqsirli bilinib.
Onun barəsində beynəlxalq axtarış elan edilib.
Seçilən
2
1
oxu.az

10Mənbələr