AZ

“Qətərə edilmiş hər hansı hücum ABŞ yə edilmiş sayılacaq” Ağ Ev

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni fərmanı açıqlayıb. 

Sənəd Vaşinqtonun Qətərə yönəlik təhlükəsizlik öhdəliklərini əhəmiyyətli dərəcədə genişləndirir.

Açıqlamaya görə, Qətərin ərazisinə, suverenliyinə və ya həyati infrastrukturuna ediləcək istənilən hücum ABŞ-ın sülh və təhlükəsizliyinə qarşı bir təhdid kimi qiymətləndiriləcək.

Ağ Evin bəyanatında bildirilir:“Amerika Birləşmiş Ştatları, Qətərin ərazisinə, suverenliyinə və ya həyati infrastrukturuna qarşı hər hansı silahlı hücumu ABŞ- nin sülh və təhlükəsizliyinə yönəlmiş təhdid hesab edəcək. Belə bir hücum halında ABŞ diplomatik, iqtisadi və zəruri olduqda hərbi addımlar da daxil olmaqla bütün qanuni və uyğun tədbirlər görəcək, ABŞ və Qətərin maraqlarını qoruyacaq, sülh və sabitliyi bərpa edəcək".

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azpolitika.info

1Mənbələr