AZ

Xaçmazda prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Milli Prokurorluq orqanlarının yaradılmasının107-ci ildönümü və 1 oktyabr – Azərbaycan Respublikası prokurorluqişçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Trendxəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonprokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcəUlu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güldəstələri qoyublar.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Rayonİcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərinipeşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlararzulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarınınyarandığı gün – oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramıgünü kimi təsis edilib. Heydər Əliyevin siyasi kursunun layiqlidavamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəprokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib,maddi-texniki bazası möhkəmləndirilib, əməkdaşların hərtərəflidövlət qayğısı ilə əhatə olunması üçün zəruri tədbirlər həyatakeçirilib.

Xaçmaz rayon prokuroru Rəşad Məmmədov ölkəmizdə hüquqi dövlətquruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında,cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundandanışıb.

Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri dəprokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək,fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda Azərbaycan Respublikası Prokurorluğununyaranmasının 107-ci ildönümü və Prokurorluq işçilərinin peşəbayramı günü münasibətilə Xaçmaz rayon prokuroru Rəşad Məmmədov vərayon prokurorluğunun əməkdaşı Fəxri Fərmanla təltif edilib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr