Sabiq Sabunçu Rayon Prokuroru İbrahim Ləmbəranski yüksək vəzifəyə təyin olunub.
Musavat.com xəbər verir ki, bu barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq əmrlə o, xidmət rəisinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır.\\Musavat.com