AZ

“Türkiyə Suriyada dejavunun baş verməsinə icazə verməyəcək” - Ərdoğan

“Biz əvvəldən Suriyanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləmişik. Bu gün biz Suriyanın parçalanması planlarına qəti şəkildə qarşıyıq”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, diplomatik təşəbbüslər cavabsız qalarsa, Türkiyənin mövqeyi və siyasəti bəllidir. Türkiyə Suriyada dejavunun baş verməsinə icazə verməyəcək.

Ərdoğan qeyd edib ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələlərdə atacağımız addımlar yaradılmış sülh və qardaşlıq mühitindən tamamilə ayrı saxlanılmalıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr