AZ

ABŞ müdafiə naziri kök generallara savaş açdı - AKTUAL

“Peşəkar olmayan görünüş dövrü bitdi”

ABŞ Müdafiə naziri Pit Hegseth, orduda kök generalları hədəfə alaraq belə deyib:
“Pentagon dəhlizlərində kök generallar və admiral görmək qətiyyən qəbul edilə bilməz.”
Sherg.az xəbər verir ki, Hegseth, ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Virciniya ştatının Quantico şəhərində toplaşan general və admirallara müraciət edib. O, komandanlara səslənərək:
“Əgər bu gün dediklərim ürəyinizi sızladırsa, onda şərəfli addım atıb istefa etməlisiniz.” - deyib.
Nazir hərbi rəhbərlərin kök görünüşünü sərt tənqid edərək, orduda intizamlı və peşəkar görkəmin vacibliyini vurğulayıb. O, auditoriyadakı səssiz generallara müraciətində:
“Peşəkar olmayan görünüş dövrü sona çatdı. Artıq saqqallı əsgər yoxdur.” - sözlərini əlavə edib.
Prezident Tramp da mərasim öncəsi Ağ Evdən çıxarkən jurnalistlərə açıqlamasında, bəyənmədiyi hərbi liderləri dərhal vəzifədən uzaqlaşdıracağını bildirib.
Komandanlarla birgə tədbirdə isə Tramp bir saatdan artıq davam edən çıxışına zarafatla başlayaraq deyib:
“Əgər dediklərim xoşunuza gəlmirsə, otaqdan çıxa bilərsiniz. Əlbəttə, rütbəniz də gedər, gələcəyiniz də.”

Seçilən
7
1
sherg.az

2Mənbələr