AZ

III MDB Oyunları: Azərbaycanlı atıcılar gümüş medallar qazandı

BAKI, 1 oktyabr. TELEQRAF

Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci yeri tutub.
Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb.
Digər Azərbaycanlı idmançı, Mürtəza Novruzlu, da gümüş medala sahib çıxıb. Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.
Daha bir atıcımız Daniyella Ulanova isə stend atıcılığının “skeet” növündə fərdi yarışda bürünc medal qazanıb.
Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).

Seçilən
6
3
teleqraf.com

4Mənbələr