AZ

AŞPA da Ramil Səfərovdan danışıldı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AŞPA-nın plenar iclasında “Macarıstanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməsi” hesabatının müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü, parlamentdəki müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Macarıstanı ölkəsindən üzr istəməyə çağırıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, çıxışında vaxtilə Macarıstanda həbs edilən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Budapeşt tərəfindən Bakıya təhvil verilməsini xatırladıb.

“Hamınız bilirsiniz ki, 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən tədbiri zamanı azərbaycanlı iştirakçı (Ramil Səfərov) Ermənistan ordusunun Qurqen Marqaryanı öldürmüşdü. 2012-ci ildə Macarıstan onu Azərbaycana ekstradisiya edib və orada dərhal əfv olunub. Bu addımına görə Macarıstan erməni xalqından üzr istəməlidir”, – Mamicanyan deyib.

Xatırladaq ki, Ramil Səfərov Qurqen Marqaryanı Azərbaycan bayrağını təhqir etdiyinə və ölkəmizin ünvanına nalayiq sözlərinə görə məhv edib. Buna görə Budapeşt polisi tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə 2006-cı ildə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 2012-ci il avqustun 31-də Bakıya gətirilib, elə həmin gün Azərbaycan Prezidentinin sərəncamı ilə cəza çəkməkdən azad olunaraq əfv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
globalinfo.az

3Mənbələr