AZ

Sercio Mattarella: İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında intensiv və geniş dostluğu əks etdirir

İtaliya-Azərbaycan Universitetinin yerləşdiyi şəhərcik böyük təəssürat bağışladı, onun binasının funksionallığını və gözəlliyini yüksək dəyərləndirirəm.

Missiya.Az məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində ölkədə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə deyib.

"Mən şəxsən bu təşəbbüsdən olduqca məmnunam. Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc azərbaycanlı və italyan tələbələri bir araya gətirir, o cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir".

Seçilən
7
17
missiya.az

10Mənbələr