AZ

Fərid Qayıbov: “Azərbaycanda ilk dəfə triatlon yarışı keçiriləcək”

“Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idman tarixində ilk dəfə baş tutacaq beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ölkənin müxtəlif bölgələrində idman sarayları tikilib: “Müxtəlif yarışların ölkəmizdə keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Növbəti ildə də Bakıda müxtəlif idman yarışları keçiriləcək. Triatlon çox maraqlı bir idman növüdür. Bura daha çox uşaqlar cəlb olunub. Buna görə də mən federasiyaya öz təşəkkürümü bildirirəm. Növbəti ildə ilk dəfə olaraq Azərbaycanda bu yarış keçiriləcək. Bizim çox güclü komandamız var. Bu yarış çox yüksək səviyyədə təşkil olunacaq”.

Qeyd edək ki, “IRONMAN 70.3 BAKU” triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və “IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və “IRONKIDS” yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

İdman.biz

Seçilən
3
4
idman.biz

5Mənbələr