AZ

Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

“Cebheinfo.az” xəbər verir ki, namizədlər https://portal.edu.az/ 

Üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Seçilən
4
49
cebheinfo.az

10Mənbələr