Babək rayonunda anasını qətlə yetirməkdə təqsirləndirilən Nihad Qoçəliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nihad Qoçəliyevə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb.
Nihaq Qoçəliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
"Cebheinfo.az"