AZ

Polis saxta orden və medallar hazırlayan şəxsləri saxlayıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən olunub. Saxlanılanlar arasında “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov yer alır.

Tədbirlər zamanı həmin təşkilatların ofislərindən 1500-dən çox saxta medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq möhür və digər saxta predmetlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin dövlət təltiflərini, möhürləri, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxslər istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

Seçilən
7
7
dogru.az

6Mənbələr