AZ

Bakıda parkda arvadını amansızlıqla öldürən şəxs HAKİM QARŞISINDA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda parkda arvadını amansızlıqla öldürən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs yeni vəkillə müqavilə bağlamaqdan imtina edib, hüquqlarının əvvəlki vəkili tərəfindən müdafiə olunmasını istəyib.
Sonra müdafiəçisi vəsatət verərək, iş materialları ilə tanış olması üçün məhkəmədən vaxt istəyib.
Amma Natiq Məhərrəmov bununla razılaşmayaraq, vaxta ehtiyac olmadığını bildirib.
Məhkəmə vəkilin vəsatətini təmin edib.
Növbəti məhkəmə iclası oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, bu il aprelin 7-i saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə arvadı Sevinc Məhərrəmovanı (1986-cı il təv.) qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.
Seçilən
4
5
oxu.az

6Mənbələr