Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" platformasında yazıb.
"Türkiyə Cümhuriyyəti dövləti heç bir dünyəvi güc qarşısında diz çökməz, boyun əyməz, güzəştə getməz və suverenliyini əsla müzakirə mövzusu etməz. Bəzi müxalifət partiyalarının təxribatları ilə zehnində sual yaranan vətəndaşlarımız varsa, hamısı arxayın olsunlar. Xüsusilə, şəhidlərimizin əziz ailələri və qazilərimiz bilsinlər ki, onların müqəddəs xatirəsinə kölgə sala biləcək heç bir addımın atılmasına nə hökumət olaraq biz, nə də Cümhur İttifaqındakı tərəfdaşımız Milliyyətçi Hərəkat Partiyası, nə də uca Məclisimiz əsla icazə verməyəcək" - deyə, Ərdoğan əlavə edib.