AZ

“Qarabağ” “Kopenhagen”ə qarşı - Start heyətlər

 

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. 

Sitat.info xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. 

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək. 

Matç saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur

1 oktyabr 20:45. “Qarabağ” – “Kopenhagen” 

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu.

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran 

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov

“Kopenhagen”: Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)

Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem

 

 
 
 
Seçilən
17
10
sitat.info

10Mənbələr