AZ

“Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini QAZANDI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.

Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.

Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

***

Addadi 83-cü dəqiqədə hesab arasındakı fərqi artırır.

***

Fasilə

***

Redaktor.az xəbər verir ki, “Qarabağ” 27-ci dəqiqədə hesabı açır. Zubir adını tabloya yazdırır.

***

Redaktor.az xəbər verir ki,matç başladı.

***

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edəcək.

Danimarka təmsilçisi ilə matça saat 20:45-də start veriləcək.

Qeyd edək ki, “Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib - 3:2.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

20:45. "Qarabağ" – "Kopenhagen" (Danimarka)
Baş hakim: Serdar Gözüböyük (Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)

Baş məşqçi: Yakob Neestrup

 

***

Seçilən
25
43
redaktor.az

10Mənbələr