ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat “Hizbullah”-ın silahlı qanadının üzvünün olduğu avtomobili vurub.
APA xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.
Məlumata görə, insident Bint Cbeil sərhəd rayonunun Kafra kəndində baş verib.
“Hizbullah” döyüşçüsü aldığı yaralardan hadisə yerində ölüb, avtomobildə olan daha 5 nəfər isə yaralanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.