Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında 1/4 final mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala vəsiqəni təmin edib.
Əli Əliyev (48 kq) 1/4 finalda Muhammedali Kanibekovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Baltin Korqanbeklə (Qazaxıstan) üz-üzə gələcək.
Əflatun İsmiyev (57 kq) Artyom Pançenkadan (Belarus) güclü olub. O, rinqdən 4:1 (29:28, 29:28, 29:28, 30:27, 27:30) hesablı qələbə ilə ayrılıb. İsmiyev finala gedən yolda Akbarjon Abdulloyevlə (Tacikistan) döyüşəcək.
Eyni çəki dərəcəsində Raul Heydərli də Oyunlara qələbə ilə başlayıb. Boksçumuz Ulas Alimjanı (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). O, yarımfinalda Bobomurod Boymirzayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Toğrul Quliyev (60 kq) Muhammedemin Beqenjovla (Türkmənistan) dueldən qalib ayrılıb. O, üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. Quliyev yarımfinalda Otabek Nurmahamadovu (Özbəkistan) sınağa çəkəcək.