BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzya şuranın ay ərzində gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
Diplomat bildirib ki, oktyabr ayında TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. Onun sözlərinə görə, şura 23 oktyabrda Yaxın Şərq üzrə açıq debat keçirəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək.