ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) uzun sürməyəcək...
"Report" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə deyib.
"Konqresdə demokratların nə edəcəyini proqnozlaşdıra bilmərəm, amma düşünmürəm ki, bu qədər uzunmüddətli şatdaun olsun", – o bildirib.
"Bu, ABŞ vitse-prezidentinin sadəcə fərziyyəsidir, çünki məncə, siz artıq bəzi əlamətləri gördünüz ki, mötədil demokratlar bir az tərəddüd etdilər. Onlar bunun fundamental məntiqsizlik olduğunu anlayırlar", – Vens əlavə edib.
Xatırladaq ki, ABŞ federal hökumətinin fəaliyyəti maliyyələşmənin olmaması səbəbindən oktyabrın 1-i gecə yarısından (Bakı vaxtı ilə 08:00) qismən dayandırılıb. Bu, Konqresdə Respublikaçılar və Demokratlar arasında səhiyyə də daxil olmaqla bir sıra xərclər üzərində razılıq əldə olunmaması nəticəsində baş verib. Tərəflər bir-birini şatdauna səbəb olmaqda və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.
Poliqon.info