ABŞ Senatı növbəti dəfə hökumətin maliyyələşdirilməsi ilə bağlı respublikaçıların qanun layihəsini qəbul edə bilməyib.
İclasın yayımını C-SPAN telekanalı həyata keçirib.
Qeyd olunub ki, bu sənəd şatdaun (hökumətin işinin dayandırılması rejimi) rejiminin başa çatmasına imkan verə bilərdi.
ABŞ-da yeni maliyyə ili konqres tərəfindən hökumət büdcəsi razılaşdırılmadan başlayıb. Bu səbəbdən də federal hakimiyyət orqanları fəaliyyətini dayandırmağa məcbur qalıblar.
Qeyd edək ki, respublikaçılar ABŞ Konqresinin hər iki palatasına nəzarət edirlər. Lakin hökumətin maliyyələşdirilməsinin davam etdirilməsinə dair qanun layihəsinin senatda qəbul edilməsi üçün 60 səs toplamaq lazımdır. Hazırda hakim partiyanın 53 mandatı var.