AZ

Pentaqon ABŞ və Ukraynanın hərbi məqsədləri üçün 179,5 milyon dollar məbləğində vəsait ayırıb

Pentaqon "Intuitive Research and Technology Corp." şirkəti ilə 179,5 milyon dollar məbləğində müqavilə imzalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatında bildirilib.

Müqavilə ABŞ ordusu, federal qurumlar və Ukrayna üçün uçuş aparatlarının hissələrinin tədarükünü nəzərdə tutur.

Məlumata görə, "Intuitive Research and Technology Corp." şirkəti uçuş aparatlarının hissələrinin tədarükü üçün azı 179 460 689 ABŞ dolları dəyərində müqavilə əldə edib.

Seçilən
6
2
far.az

5Mənbələr