Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda mübarizəni dayandırıb.
Erhan Tokerin baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60.
Azərbaycan komandası ilk matçda 89:73 hesabı ilə üstün olsa da, rəqib mərhələ adlayıb.