AZ

Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu – Video

Beş ildir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən Əməkdar artist, xanəndə Ehtiram Hüseynov müalicəsini davam etdirmək üçün Türkiyəyə yollanıb.

Editor.az  Real TV-yə istinadən xəbər verir ki, xanəndənin sözlərinə görə, onun müalicəsində yeni bir mərhələ başlayıb.

Mütəxəssislər kök hüceyrə vasitəsilə MS xəstəliyinin irəliləməsinin qarşısını qismən almağın mümkün olduğunu qeyd edirlər. Artıq Ehtiram Hüseynova kök hüceyrənin ilkin mərhələsi tətbiq olunub.

Əməliyyatın və müalicənin həyata keçirilməsi üçün Heydər Əliyev Fondu xanəndəyə dəstək olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
8
6
editor.az

7Mənbələr