İngiltərənin “Fulhem” klubu hücumçusu Rodrigo Munisin müqaviləsini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqaviləyə imza ataraq komandada 2030-cu ilin yayına qədər qalacaq.
Rodrigo Munis “Fulhem”ə 2021-ci ilin yayında “Flamenqo”dan transfer olunub. Bir il sonra o, “Midlsboro”ya icarəyə göndərilmişdi və orada bir mövsüm keçirib. Hazırda braziliyalı hücumçu “Fulhem”in heyətində 104 oyuna çıxaraq 27 qol vurub və 4 məhsuldar ötürmə edib.
Hazırda “Fulhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını oktyabrın 3-də səfərdə “Bornmut”a qarşı keçirəcək.