Çempionlar Liqasında istənilən nəticə ola bilər.
Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, qələbəni belə şərh edib: "Tam olaraq turnirə bu cür başlayacağımızı gözləmirdim. Buna səbəb Çempionlar Liqasının ağırlığı idi. Lakin futbolçularıma inanırdım. Onların çox yaxşı potensialı var. Gələcək matçlarda da yaxşı nəticə qazanmaq istəyirik. Çempionlar Liqasının dadını çıxarmaq istəyirik".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də İspaniyada "Atletik"ə qarşı keçirəcək.