AZ

Trampdan təcili qərar: Əraziyə qoşun yeridir

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Oreqon ştatının Portlend şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Antifa hərəkatının üzvləri tərəfindən hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat paylaşıb. Trampın sözlərinə görə, Ağ Ev Milli Qvardiyanın qoşunlarını Portlendə yerləşdirdikdən sonra vəziyyət daha da gərginləşib:

“Federal hüquq-mühafizə orqanlarının əməkdaşları Oreqon ştatında asayişi bərqərar edə bilməyiblər”.

Dövlət başçısı xatırladıb ki, bundan əvvəl ABŞ qoşunlarının daxili terrorizmlə mübarizə üçün Portlendə göndərilməsi barədə göstəriş verib. O, həmçinin əraziyə göndərilən qoşunların sayının artırılacağını bildirib.

Tramp əlavə edib ki, o, Antifa hərəkatını terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb. Prezident bu addımı hərəkatın qanuni siyasi fəaliyyəti boğmağa və qanunun aliliyinə xələl gətirməyə yönəlmiş siyasi zorakılıq nümunəsinə sadiqliyi ilə əsaslandırıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
globalinfo.az

3Mənbələr