BAKI, 1 oktyabr. TELEQRAF
Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” - “Kopenhagen” matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, seçim UEFA-nın texniki qrupunun rəyi əsasında aparılıb.
“Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşün ən yaxşı oyunçusu Ağdam klubunun azərbaycanlı cinah müdafiəçisi Elvin Cəfərquliyev seçilib.
Ona UEFA tərəfindən xüsusi mükafat verilib.