AZ

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"

"Qarabağ" "Kopenhagen"lə oyunda qələbəyə layiq idi.

"Report"un məlumatına görə, bunu Danimarkanın "Kopenhagen" komandasının baş məşqçisi Yakob Neestrup mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. "Qarabağ" qələbəyə layiq idi".

O, bütün rəqiblərə hörmət etdiklərini söyləyib:

"Qarabağ" təcrübəli kollektivdir. Mükəmməl oyunçuları var. Baş məşqçiləri Qurban Qurbanovu da xüsusi qeyd etməliyəm".

Seçilən
4
5
musavat.com

6Mənbələr