Futbolçularımı təbrik edirəm. Bu qalibiyyətə layiq idilər. İkinci hissədə anlaşılmazlıq oldu. Rəqib sistemi dəyişdi. Get-gedə bunun qarşısını aldıq.
Bunu "Qarabağ"ın "Kopenhagen"i məğlub etdiyi matçdan sonra baş məşqçi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında deyib.
"Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticə ola bilər. Hamını təbrik edirəm", - Q.Qurbanov bildirib.
Qeyd edək ki, təmsilçimiz "Kopenhagen"i 2-0 məğlub edib. \\Metbuat.Az