ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə planlaşdırılan görüşü barədə məlumat paylaşıb.
"Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, görüş dörd həftədən sonra keçirilməlidir.
Ağ Ev rəhbərinin sözlərinə görə, görüşün əsas mövzusu soya istehsal edən amerikalı fermerlərin problemləri olacaq.
"Cebheinfo.az"