Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Qarabağ" klubu ilə bağlı paylaşım edib.
Axar.az xəbər verir ki, təşkilat öz rəsmi sosial şəbəkə səhifəsində Ağdam təmsilçisinin iki oyunda iki qələbə qazanmasını qeyd edib.
Qeyd edək ki, "köhlən atlar" UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda səfərdə "Benfika"nı 2:3, ikinci turda isə ev matçında "Kopenhagen"i 2:0 hesabı ilə məğlub ediblər.