AZ

Leninqrad vilayətində 38 nəfər saxta spirtli içkidən dünyasını dəyişib

ain.az bildirir, Azertag portalına istinadən.

Moskva, 2 oktyabr, AZƏRTAC

Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkidən ölənlərin sayı 38 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, bu günədək metil spirtindən istifadə nəticəsində 38 ölüm faktı qeydə alınıb. Ölənlər əsasən Slantsı, Volosovo, həmçinin Kinqisep, Qatçina, Tosnensk və Priozersk rayonlarının sakinləri və ya orada qeydiyyatda olan şəxslərdir.

Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Leninqrad vilayətində fəaliyyət göstərən anbar şirkətinin nümayəndəsi, 45 yaşlı Aleksey İllarionovu kütləvi zəhərlənmələrə səbəb olmuş spirtli məhsulların satışına görə həbs edib. Məhkəmə onun barəsində noyabrın 25-dək həbs qətimkan tədbiri seçib.

İstintaq müəyyən edib ki, İllarionov digər şəxslərlə birlikdə Tosnensk rayonunun Trubnikov Bor kəndində yerləşən anbarında qorunan spirtli məhsulları satışa çıxarıb. Sonradan həmin məhsullar alıcılar tərəfindən üçüncü şəxslərə ötürülüb Slantsı ilə Volosovsk rayonlarında yayılaraq onlarla sakinin həyatına son qoyub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
azertag.az

2Mənbələr