AZ

ÇL: Azərbaycan klubu “Liverpul” və “Barselona”nı qabaqladı - FOTO

Çempionlar Liqasında 2-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Bakıda “Kopenhagen”ə (Danimarka) qalib gəlməklə (2:0) xalını 6-ya yüksəldib.

Bu nəticə ilə Ağdam təmsilçisi 36 komandanın yer aldığı turnir cədvəlinin ən üst pillələrinə qalxıb. Qurban Qurbanovun komandası 2-ci turu 6-cı yerdə başa vurub

Azərbaycan təmsilçisi yalnız vurulan və buraxılan topların nisbətinə görə bu mövqedədir.

İkinci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb. Onlardan da biri “Qarabağ”dır. Digər komandalar isə 4 və daha az xal toplayıb ki, onların sırasında nəhəng komandalar da var.

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Turnir cədvəli

Seçilən
25
sportinfo.az

1Mənbələr