AZ

Müharibə bitdikdən sonra Qəzza üçün bərpa planları hazırdır Fələstin Baş naziri

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bildirib ki, İsrailin hərbi hücumu başa çatan kimi hökumət Qəzzada bərpa işlərinə başlamağa tam hazırdır.

Redaktor.az "Times of İsrael"ə istinadən xəbər verir ki, baş nazir qeyd edib ki, əsas prioritetlər arasında dağıntıların təmizlənməsi, yolların açılması və müvəqqəti sığınacaqların təmin edilməsi yer alır.

Planın tərkibində Qahirədə Bərpa Konfransının keçirilməsi də var. Bu konfrans yerli və beynəlxalq tərəfdaşlarla hazırlanmış 3500-ə yaxın layihəni əhatə edən 56 proqram üçün maliyyə toplamağı hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
6
redaktor.az

7Mənbələr