1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ulduzu olmayan və kosmosda tənha şəkildə hərəkət edən planet tamamilə fərqli xüsusiyyətlərinə görə alimlərin diqqətini çəkib.
Oxu.Az "Astronomy & Astrophysics" jurnalına istinadən xəbər verir ki, Yer kürəsindən təxminən 20 işıq ili uzaqlıqda yerləşən bu planetin buludları sudan deyil, xırda qum dənəciklərindən ibarətdir. Burada nə yağış, nə də qar müşahidə olunur, əvəzində atmosferdə qumvari bulud qatları formalaşır.
Alimləri heyrətləndirən digər məqam temperatur fərqləri ilə bağlıdır. Yer kürəsində yüksəklik artdıqca hava soyuyursa, həmin planetdə əksinə - atmosfer təbəqələri səthdən daha isti olur.
Ən maraqlı müşahidə isə daimi qütb parıltılarıdır. Yer kürəsində bu hadisə Günəşin təsiri ilə baş verirsə, sözügedən planetdə nə ulduz, nə də peyk mövcuddur. Buradakı parıltılar daxili proseslər nəticəsində yaranır və gecələr Ay işığını əvəz edir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf ulduzlardan ayrılmış planetlərin təbiətini daha dərindən öyrənmək üçün mühüm imkanlar açır.