AZ

Adnan Əhmədzadənin mülk SİYAHISI

İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan “HM Land”də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 ​​milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) Londonda mənzil alması barədə məlumatlar yayılıb. Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən “Hamlet Tower” kimi tanınan “Denison House, 20 Lanterns Way 409” ünvanında yerləşir.

Publika.az xəbər verir ki, bu barədə Musavat.com-un analitik məqaləsində qeyd olunub.

Bildirilib ki, əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.

Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan “Hambros Bank Limited” vasitəsilə həyata keçirilib.

O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən “Oceana Residence” (Argean PH2) yaşayış ünvanı göstərilir.

Məlumata görə, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə “AA Properties 2000 LTD” vasitəsilə həyata keçirilib. “AA Properties 2000 LTD” şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.

Qeydiyyat nömrəsi “09903368” olan şirkətin ünvanı “Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR” olaraq göstərilib.

Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.

Seçilən
4
13
publika.az

10Mənbələr