“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager komandanın yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb.
Arne Slotun yetirmələri UEFA Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a 0:1 hesabı ilə uduzub. Bu, mersisaydlıların ardıcıl uğursuzluqlarından biri olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager, Virtsin zəif çıxışını xüsusi vurğulayıb:
“Virts bu mövsüm 9 oyunda cəmi bir məhsuldar hərəkət edib. Məncə, hazırda onun start heyətində olması düzgün deyil. Komanda daha çox məhsuldarlıq və liderlik tələb edir”.
21 yaşlı alman futbolçu yayda Leverkuzen “Bayer”indən transfer olunub. Onun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.